Sosial şəbəkədə biz:

BMT: Donbasda ölənlərin sayı 9470 nəfərə çatıb

09 July 2016, 12:20
Gündəm
Ukraynanın şərqində hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 9 470 nəfərə çatıb. “Xəzər Xəbər”in məlumatına görə, BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi üzrə İdarəsinin hesabatında belə deyilir. “2014-cü il aprelin ortalarından 2016-cı ilin iyulunadək Ukraynanın şərqində 9 470 nəfər həlak olub, 21880 nəfər yaralanıb. Ölənlərdən təxminən 2 mini dinc sakinlərdir. İyun ayında Donbasda 12 mülki vətəndaş ölüb, 57-si yaralanıb. Bu, 2015-ci ilin avqustundan bəri ən yüksək göstəricidir”, hesabatda deyilir.