Sosial şəbəkədə biz:

Azərbaycan millisi Avropa çempionatının ilkin mərhələsinə qələbə ilə başlayıb

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının ilkin mərhələsinə qələbə ilə başlayıb.

B qrupunda yer alan İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Kosovo ilə qarşılaşıb.

San Marinodakı "Multieventi Sport Domus"da baş tutan görüş millimizin 4:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

Yığmanın heyətində Hüseyn Cəfərzadə (17), Ədalət Ələkbərov (22, 35) və Rəvan Məsiyev (31) fərqlənib.

Qeyd edək ki, U-19 yanvarın yanvarın 26-da San Marinonun müvafiq yaş qrupunundan ibarət yığması ilə qarşılaşacaq. Bu qrupun bütün oyunları San Marinoda keçiriləcək. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol