Sosial şəbəkədə biz:

"Viktoriya" MTK-nın rəhbəri 400 ailəni işıqsız qoydu (VİDEO)

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən "Viktoriya" MTK-nın 4 yaşayış binasında 400 ailənin gecə saatlarında işığı kəsilib. Buna görə də sakinlər həyətə düşərək problemin səbəbini öyrənməyə çalışıblar.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər iddia edirlər ki, onların yaşadıqları binaya verilən elektrik enerjisi qəsdən kəsdirilib. Bunu edən şəxs isə MTK-nın sədri Azər Bünyadzadədir. 

İddialara görə, o, sakinlərin ödədiyi işıqpulunu "Azərişığ"ın balansına keçirməyib. Üstəlik də bu cür addımlarla binalarda kommunal ödənişləri qaldırmaq niyyətindədir. Sakinlər vaxtlı-vaxtında ödənişlərini MTK-ya köçürdüklərini, hazırda işıqpulu borclarının olmadığını bildirirlər.

Binanın həyətində "Xəzər Xəbər"in çəkiliş etdiyini görən MTK rəhbərliyi əraziyə gəlib və mövcud məsələdən xəbərsiz olduğunu bildirib.

Çox keçməyib ki, binaya elektrik enerjisinin verilməsi bərpa edilib. Sakinlər bu halın təkrar yaşanacağı təqdirdə aidiyyəti qurumlara müraciət edəcəklərini bildiriblər.

https://www.youtube.com/embed/LcveDwZ9j3A


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol