Sosial şəbəkədə biz:

Bakıda yeni təmir edilən park zibilxananı xatırladır (VİDEO)

Bakının Xətai rayonunda, 8 Noyabr prospektinin yaxınlığında yerləşən park təmir olunub, amma təmizlənməyib. Təmir zamanı orada qalan tullantılar aylardır götürülmür.

Yenicə istifadəyə verilən park hazırda zibilxananı xatırladır.

Sakinlər istirahət üçün getdikləri parkda əl-ayaqlarına dolaşan daşlardan, beton qalıqlarından şikayətçidirlər.

Ərazidə sakinlərin istirahət edə, səmərəli vaxt keçirə biləcəkləri şərait yaradılsa da, tullantı və artıq materiallar buna imkan vermir.  

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, problem gün ərzində həll ediləcək.

https://www.youtube.com/embed/_0FG15nRMkw


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol