Sosial şəbəkədə biz:

Azərbaycanda dəmiryol nəqliyyatı ilə yükdaşımalar azalıb

2024-cü ildə Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 3 milyard 329,9 milyon ABŞ dolları dəyərində 7 milyon 724,5 min ton beynəlxalq yük daşımaları həyata keçirilib.

Azinforum.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 7,6 % və 1,9 % azdır.

Ötən il dəmir yolu nəqliyyatı ilə 2 milyard 488,9 milyon min ABŞ dolları (əvvəlki ilə nisbətən 1,3 % çox) dəyərində 4 milyon 947,5 min ton (7 % çox) yük idxal edilib, 841 milyon ABŞ dolları (26,9 % az) dəyərində 2 milyon 777 min ton yük (14,6 % az) yük ixrac olunub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol