Səhnədə boşanmanı təbliğ edən müğənni-Kəmalə Günəşlidən mənəviyyatımıza zidd şüarlar
Son vaxtlar ifa etdiyi bayağı mahnıları ilə sosial şəbəkələrin trendindən düşməyən Kəmalə Günəşli adlı müğənni, “Xanımlar günü” ilə bağlı qatıldığı əyləncə məclislərinin birində milli-mənəvi və ailə dəyərlərimizə zidd olan şüarlar səsləndirib. Publik şəkildə cəmiyyətdə boşanmaların sayının artması ilə bağlı istəyini ifadə edib. Bir müddət əvvəl daha çox arxa plandan çəkilən “Niquliya” adlı videoları ilə gündəmə gələn Kəmalə Günəşlini qazandığı ötəri şan-şöhrət başını dumanlandırıb və elə düşünür ki, səhnədə nə istəsə danışa bilər. Bu, qətiyyən belə deyil.
Kəmalə Günəşli çox yaxşı anlayır ki, onun videoları sosial şəbəkələrdə sürətlə yayılır. Buna görə də hər bir addımına və danışığına diqqət yetirməlidir. Yəqin ki, vəziyyətdən çıxmaq üçün: “zarafat etdim”, - deyəcək. Xeyr, Kəmalə xanım, belə zarafat olmur. Çünki ölkə başçısı dəfələrlə çıxışlarında ailə və milli-mənəvi dəyərlərin qorunmasının zəruriliyini vurğulayıb və bununla bağlı cəmiyyətə aydın mesajlar verib.
İndi söz Kəmalə Günəşlinin və əlaqədar qurumlarındır. Biz müğənnidən səsləndirdiyi şüarlara aydınlıq gətirməyi, əlaqədar qurumlardan isə onun barəsində əməli tədbir görməyi tələb edirik. Gəlin həmin görüntüləri birgə seyr edək.
Azinforum.az