Sosial şəbəkədə biz:

Fidan: 3 dövlət əməkdaşlığı dərinləşdirmək üçün Yol Xəritəsi hazırlayacaq

Tədarük zənciri və bölgəmizdə baş verən münaqişələr Türkiyəni, Cənubi Qafqazı, Orta Dəhlizi ən etibarlı ticarət marşrutu halına gətirib.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüşünün açılış mərasimində bildirib.

O qeyd edib ki, enerji böhranı Cənubi Qafqaz və Mərkəzi Asiyanın geostrateji əhəmiyyətini artırıb və Türkiyəni enerji mərkəzinə çevirib.

Nazirin sözlərinə görə, üç ölkə iclasın nəticələrinə əsaslanaraq əməkdaşlığı dərinləşdirmək üçün Yol Xəritəsi hazırlayacaq.

Hakan Fidan bu formatdakı iclasların Türküstan, Cənubi Qafqaz və Anadolunun nəqliyyat və enerji bağlılığını gücləndirəcək layihələrin ələ alınması baxımından əlverilişli platforma olduğunu da vurğulayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol