Sosial şəbəkədə biz:

Bu gün Bakıda parklanma ödənişsizdir? - Açıqlama

Sosial şəbəkələrdə bu gün parklanmanın pulsuz olduğunu bildirən paylaşımlar edilib. Qeyd edilib ki, bu gün ölkədə iş günü olmadığı üçün paytaxtda parklanma ödənişsizdir.

Deyilənlərlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) ilə əlaqə saxladıq.

Qurumun mətbuat katibi Tural Orucov Bizim.Media-ya açıqlamasında məlumatın doğru olmadığını bildirdi:

"Sosial şəbəkədə yazılanlar doğru deyil. Bu gün parklanma ödənişlidir. Biz bu haqda dəfələrlə demişik, yenə də xatırlatma verirəm. Nəqliyyat vasitələrinin parklanması üçün yalnız axşam saat 22:00-dan saat 07:00-dək, bir də həftənin bazar günləri ödənişsizdir.

Bayram günləri, qeyri-iş günləri bazar günlərinə təsadüf edəndə parklanma ödənişsiz olur. Amma həftə içərisinə düşəndə isə xidmət pulludur".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol