Sosial şəbəkədə biz:

“Üzümə baxıb gülümsədi və keçindi” - Həsənağa Turabovun qızı anasından danışdı

“İşdən gəldim, yoldaşım dedi, anam yemək yemir. Dedim, ana, yemək yeyək? Başı ilə “hə” cavabını verdi. Sonra da üzümə baxıb gülümsədi və keçindi. Sanki keçinmək üçün məni gözləyirmiş”.

Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Həsənağa Turabovun qızı Sevinc Turabova anası Solmaz xanımın ölümündən danışarkən deyib.

“Hansısa bir xəstəliyi yox idi. 5-6 il bundan öncə insult olub sağalmışdı, son vaxtlar yaxşı yerimirdi. Yanvarın 14-ü 85 yaşını qeyd etdik. Elə qorxurdum ki, ad günündə rəhmətə gedər. Səhərə kimi ona baxırdım.

Son günlər danışmırdı. Qardaşım Daşqının və atamın xiffətini çəkirdi. Lakin ağlamayım deyə, mənim yanımda onlardan bəhs etmirdi”, - S.Turabova bildirib.

Xatırladaq ki, Solmaz Turabova ötən gün vəfat edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol