Sosial şəbəkədə biz:

709 nəfər Azərbaycan vətəndaşının ABŞ-dən deportasiya ediləcəyi gözlənilir

ABŞ Prezidenti Donald Tramp ölkədə qanunsuz yaşayan miqrantlara qarşı kütləvi kampaniyaya başlayıb.

İmmiqrasiya Xidmətindən verilən məlumata görə, ABŞ ərazisində ümimilikdə 1.5 milyondan çox qanunsuz miqrant var.

Hazırda İmmiqrasiya və Gömrük Mühafizə Xidməti və digər federal qurumlar ölkənin müxtəlif şəhərlərində sənədsiz yaşayan miqrantlara qarşı genişmiqyaslı əməliyyatlar keçirir.

Artıq 300 mindən çox miqrantın saxlanıldığı bildirilir. Onların tezliklə ölkələrinə deportasiya ediləcəyi gözlənilir.

ABŞ İmmiqrasiya Xidmətinin qanunsuz miqrantlar siyahısında 709 nəfər Azərbaycan vətəndaşı da var. Onların da saxlanılaraq ölkəyə deportasiya ediləcəyi gözlənilir.

Tramp 2025-ci il yanvarın 20-də andiçmə mərasimində çıxışı zamanı tezliklə ölkə tarixində ən böyük deportasiya əməliyyatına başlayacağını demişdi.

O, vəzifə səlahiyyətlərinə başlayandan sonra bununla əlaqədar Amerika hərbçilərinə sərhədlərin təhlükəsizliyini təmin etmək göstərişi verib. Miqrantların sığınacaqlara yerləşdirilməsi ilə bağlı geniş qadağa və ABŞ ərazisində dünyaya gəlmiş uşaqların vətəndaşlıq almalarına məhdudiyyətlər tətbiq edib.

Ölkədə qeyri-qanuni miqrasiyanı fövqəladə vəziyyət kimi elan edən Tramp sərhəddə divar çəkilməsi, miqrantlar üçün müvəqqəti saxlanma yerlərinin yaradılması və onların geri göndərilməsinə Pentaqonun dəstək göstərməsi tapşırığını verib. Prezident, həmçinin ehtiyac duyulduğu təqdirdə sərhədə ordu göndərilməsinə dair müdafiə nazirinə səlahiyyət verib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol