Sosial şəbəkədə biz:

Türkiyədən Suriyaya qayıdan qaçqınların sayı AÇIQLANDI

30 January 2025, 00:28
Gündəm

Bəşər Əsəd rejimi devriləndən sonra Türkiyədən ölkələrinə qayıdan suriyalıların sayı açıqlanıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Nazirin sözlərinə görə, indiyə kimi 81 min 576 suriyalı könüllü öz ölkəsinə qayıdıb.

Ali Yerlikaya bildirib ki, Türkiyə suriyalıların təhlükəsiz şəkildə geri qayıtmağını təmin etmək üçün bundan sonra da öhdəsinə düşəni edəcək.