Sosial şəbəkədə biz:

Okhatan Neo qrupunun üzvləri "Şah İsmayılın həyatı" adlı kitabın müəllifi ilə görüşüb - FOTOLAR

Dünən Okhatan Neo qrupunun üzvləri "Şah İsmayılın həyatı" adlı kitabın müəllifi, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Samid Bağırovla görüşüb.

Azinforum.az xəbər verir ki, görüşdə kitabla bağlı geniş müzakirəklər aparılıb. Müəllif  əsərdə şahın həyatını və fəaliyyətini qələmə aldığını bildirib. Bunun üçün isə iki əsərə,  “Fütuhati-şahi” və “Həbibüs-siyər” -ə müraciət edib. Şah İsmayıl Xətai və onun dövrünün araşdırılması, eyni zamanda tədqiqatı ilə məşğul olan Okhatan Neo qrupu isə tədqiqatlar nəticəsində əldə etdikləri bir çox faktları yazarla bölüşüblər. Daha sonra qrup S.Bağırovu "Sənaye nümunəsi” patenti almış oxçu üzükləri ilə tanış edib. Üzüklər və digər sənət nümunələrini yazar böyük diqqətlə qarşılayıb. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol