Sosial şəbəkədə biz:

Məşğulluq Agentliyi yenə ofis icarəyə götürür – Bu dəfə 1,5 milyon manata

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Məşğulluq Agentliyinin Aparatı üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Gülnarə Sultan qızı İbadova (VÖEN – 1605375812) olub.
Məşğulluq Agentliyi Gülnarə İbadovaya məxsus 8 335 kvadratmetr qeyri-yaşayış sahəsini icarəyə götürəcək və icrə haqqı olaraq 1 milyon 499 min 299 manat 80 qəpik ödəyəcək.
Qeyd edək ki, açıqlanan məlumatlarda icarə müddəti barədə məlumat verilməyib.
Onu da bildirək ki, Məşğulluq Agentliyi daha əvvəl də müxtəlif şəxslərdən ofis sahələri icarəyə götürüb:

Məşğulluq Agentliyi aylıq 31 min manata ofis icarəyə götürür
Nazirlik bu şəxsdən yarım milyona ofis icarəyə götürür:

Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol