Sosial şəbəkədə biz:

"Ukraynaya görə 19 milyard avro itirmişik" - Orban

Macarıstan Aİ-nin Rusiya qarşı sanksiyalarının ləğvini istəyir

Macarıstan, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının ləğv edilməsini istəyir.

Bu barədə Macarıstanın baş naziri Viktor Orban Kossuth radiosuna bildirib.

"Macarıstanın marağı ondan ibarətdir ki, Aİ-nin anti-Rusiya sanksiyaları ləğv olunsun. Çünki bu sanksiyalar səbəbindən biz üç il ərzində 19 milyard avro itirmişik", - deyə baş nazir vurğulayıb.

Orban həmçinin qeyd edib ki, o, Avropa İttifaqına üzv ölkələrin həmkarları ilə bu məsələləri daim müzakirə edir.

BakuPost


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol