Sosial şəbəkədə biz:

Paşinyan Minsk qrupuna dair nala-mıxa vurdu

Ermənistan Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk qrupunun ləğvi ideyası ilə razıdır, lakin əmin olmalıdır ki, Azərbaycan münaqişəyə başlamaq niyyətində deyil.

Baş nazir Nikol Paşinyan deyib.

O bildirib: "Biz ATƏT-in Minsk qrupunun (ATƏT MQ) ləğvi ilə razılaşırıq ki, əgər münaqişə yoxdursa, onda bu münaqişəyə xidmət edən formatın nə mənası var?! Amma əmin olmaq istəyirik ki, ATƏT MQ-nin ləğvini həm də Azərbaycan üçün istəyirik. Əmin olmalıyıq ki, Azərbaycanın Minsk qrupunu ləğv etmək istəyi, “yaşıl işıq” yandırmaq və Ermənistana qarşı ərazi tələblərinin formalaşdırılması əsasında yeni münaqişəyə başlamaq deyil”

Paşinyanın sözlərinə görə, Bakıda qondarma Qərbi Azərbaycanla bağlı söhbətlər birbaşa münaqişədir. bu, Ermənistan ərazisinə iddiadır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol