Sosial şəbəkədə biz:

Ronaldo bunu bacaran ilk futbolçudur

Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kristiano Ronaldo unikal nailiyyətə imza atıb.

Belə ki, 39 yaşlı hücumçu buna Səudiyyə Ərəbistanı çempionatının 18-ci turunda “Əl-Raed”lə görüşdə iştirak etməklə nail olub.

Sözügedən görüşdə “Əl-Nəsr” 2:1 hesabı ilə qalib gəlib. Komandanın qollarından birini 45-ci dəqiqədə məhz Ronaldo vurub.

Bu görüş Kristianonun klub karyerasında 700-cü qələbəsi olub. Nəticədə o, tarixdə klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu adına yiyələnib.

Portuqaliyalı futbolçu “Sportinq” ilə 13, “Mançester Yunayted”lə 214, “Real”la 316, “Yuventus” ilə 91, “Əl-Nəsr”lə isə 66 dəfə meydanı üstün tərəf kimi tərk edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol