Sosial şəbəkədə biz:

İsrailin casus proqramı ilə jurnalist və fəalların “WhatsApp”ını sındırmaq istəyiblər

90-a yaxın jurnalist və vətəndaş cəmiyyəti üzvlərinin “WhatsApp”ını sındırmaq istəyiblər.

Meta şirkətinə məxsus “WhatsApp” mesencerinin rəsmisi “Reuters”ə bildirib ki, hücum 2024-cü ilin sonlarında İsrailin “Paragon Solutions” casus proqramı tərəfindən edilib.

Rəsmi şəxs konkret olaraq kimlərin hədəfə alındığını və ya coğrafi olaraq harada yerləşdiklərini söyləməyib. O, hədəfə alınan şəxslərin jurnalist və vətəndaş cəmiyyəti üzvləri olduğunu qeyd etməklə kifayətlənib.

Rəsmi nümayəndə bildirib ki, məsələ ilə əlaqədar “Paragon Solutions”a xəbərdarlıq məktubu göndərilib.

“Paragon Solutions” isə şərh verməkdən imtina edib.

“WhatsApp”dan verilən açıqlamada deyilir ki, şirkət insanların şəxsi ünsiyyət imkanlarını qorumağa davam edəcək.

2021-ci il iyulun 18-də Fransanın “Forbidden stories” qeyri-hökumət təşkilatı və dünya üzrə 17 KİV bir sıra ölkələrdə İsrailin “NSO Group” şirkəti tərəfindən hazırlanmış “Pegasus” proqramı vasitəsilə siyasətçilərin, jurnalist və fəalların izlənildiyini bildirib.

“Pegasus”un illərdir azərbaycanlı jurnalist və fəalları da izlədiyi məlum olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol