Sosial şəbəkədə biz:

Şuşada ən çox bu ölkələrdən gələn turistlər qalıb – Siyahı

03 February 2025, 10:11
Gündəm

Ötən ilin dekabr ayı ərzində xarici ölkələrdən Azərbaycana gələn turistlər Şuşada 92 gecə keçiriblər.
Əcnəbi turistlər arasında ən çox Türkiyə vətəndaşları Şuşa şəhərində gecələyiblər.
Qeyd edək ki, əcnəbi turistlərin Şuşa şəhərində keçirdiyi gecələmələrin ölkələr üzrə sayı aşağıdakı kimi olub:
Türkiyə – 58 gecə
Ukrayna – 12 gecə
Gürcüstan – 8 gecə
Qazaxıstan – 4 gecə
Digər ölkələr – 10 gecə

Yeniavaz