Sosial şəbəkədə biz:

AFFA-ya yeni baş katib təyin edildi - DOSYE

04 February 2025, 00:08
Gündəm

AFFA-nın baş katibi Sərxan Hacıyev bu postdan ayrılıb.

Sportinfo.az xəbər verir ki, S.Hacıyev federasiya rəhbərliyi ilə aralarında yaranan narazılığa görə postunu tərk edib.

Onun istefasının yaxın saatlarda açıqlanacağı bildirilir.

Futbolinfo.az isə istefa verən Sərxan Hacıyevi Cahangir Fərəcullayevin əvəz edəcəyini yazıb.