Sosial şəbəkədə biz:

Ayandan geyimini tənqid edən Qorxmaz Əlilicana cavab

Müğənni Ayan Babakişiyeva yeni fotosessiyasını tənqid edənlərə cavab verib. Əməkdar artist Qorxmaz Əlilican Ayanın fotolarındakı geyimi tənqid edib. "Elgizlə izlə" verilişinə zəng edən Ayan aktyorun fikrinə hörmətlə yanaşdığını bildirib:

"Mənim üçün nə xoş. Qorxmaz müəllimi çox istəyirəm. Əgər müzakirə olunursa, deməli, maraqlı iş ərsəyə gəlib. Qorxmaz müəllimə də xoş sözlər deyirəm. Zövqlər müzakirə olunmur. Hamının fikrinə hörmətlə yanaşıram. Ən azından da sənətkarların".

Q.Əlilican "Sənətinizin gözəlliyi o qədərdir ki, onla gündəmə gəlin. Paltarın uzunluğu, qısalığı önəmli deyil. Qısa geyim şöhrət gətirmir. Camaata qıcıq gətirən geyim olmasın" deyə, söyləyib. 

Müğənni isə "Uzun müddətdir səhnədəyəm, öz sözünü deyən, kürsüsündə oturan ifaçıyam. Bizim bu qədər səs-küy yaradan işimiz olmamışdı. Normal bir şeydir. Kimi yaxşı, kimi pis qəbul edirsə, normaldır. Estrada, pop ifaçısıyam. Səhnəyə dünən gəlməmişəm ki, deyim, fotolarla gündəmə gəlim. Mənim hər sözüm manşet olur" deyə, ona cavab verib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol