Sosial şəbəkədə biz:

"ASAN Ximdət" və MİDA-nın kompüter sisteminə müdaxilə edən İvan Kravçukun məhkəməsi başlayır

04 February 2025, 00:38
Gündəm

"ASAN Ximdət" və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) kompüter sisteminə müdaxilə etməkdə ittiham olunan Kravçuk İvan Andreyeviçin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Qaynarinfo-nun məlumatına görə, iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Fevralın 5-nə iç üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Günel Səmədovanın sədrliyi ilə keçiriləcək. 

İvan Kravçuk Cinayət Məcəlləsinin 273.4-cü (Kompyuter məlumatlarının qəsdən zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması buna hüququ olmayan şəxs tərəfindən törədilməklə əhəmiyyətli zərər vurulması - ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə)  maddəsi ilə mühakimə ediləcək. Bu maddədə  3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur.

İvan Kravçukun cinayət işi üzrə "ASAN Xidmət" və MİDA zərərçəkmiş qismində tanınıb.