Sosial şəbəkədə biz:

ADY-nın əməkdaşları belə ifşa olundu: "Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik..." - VİDEO

Xəbər verdiyimiz kimi ölkədə bələdiyyə seçkiləri keçirilib. MSK-nın bəzi dairələrdə pozuntu olması ilə bağlı rəsmi məlumat verib, həmçinin seçkilərdən sonra 20 müraciət daxil olub və araşdırırlır.

Xalq.az-a daxil olan məlumata görə bəzi seçki dairələrinin məntəqələrində "karusel" həyata keçirilib. Bu proses 109 saylı Qazax seçki dairəsi üzrə məntəqələrdə baş verib. Belə ki, ADY-nın Qazax Dəmir Yolları İdarəsinin əməkdaşları bir neçə məntəqədə səsverdiyi yerdə aşkarlanıblar.

Videoda göründüyü kimi səsverməyə gələn idarənin əməkdaş bildirib ki, Dəmir Yolları İdarəsinin rəsinin tapşırığı  ilə səsverməyə gəliblər.

Video sosial platformada yayımlanıb.

Bu məsələ ilə bağlı ADY-dan heç bir açıqlama almaq mümkün olmayıb. Qazax Dəmir Yolları İdarəsi ilə əlaqə yaratmaq cəhdləri uğursuz nəticələnib.

Qurumun açıqlmasını dərc etməyə hazırıq.

https://www.youtube.com/embed/6TTxacPYyjQ


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol