Sosial şəbəkədə biz:

Səməd Vurğunun hüquqşünas qohumundan Əlisa Nicata sərt cavab: “Yaltaq sənin özünsən”

Azərbaycanın ilk Xalq Şairi, əsərləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə dövlət varidatı elan edilmiş dahi şair Səməd Vurğun haqqında yayılan sərsəm fikirlərə münasibət bildirmək istəyirəm.

Şizofrenik Əlisa Nicatın səsləndirdiyi bu cəfəngiyyatlara qulaq asmışınız? O, əvvəllər də müxtəlif təhqiramiz fikirləri ilə gündəmə gəlmişdi. Bu dəfə isə Səməd Vurğunun adına ləkə yaxmağa cəhd edir.

Əlisa Nicat: “Məhəmməd Peyğəmbərə güzəştə getdim.” – Bu sözlərə baxanda adamın hansı ağıl səviyyəsində olduğunu anlamaq çətin deyil. Onun yazdıqları heç nəyə yaramayıb. İndi də kimlərinsə tapşırığı ilə Səməd Vurğunun üstünə göndərilib.

Bu cür sərsəm fikirləri yayan sayt yəqin ki, belə müsahibələrlə oxucu toplamaq istəyir. Ancaq bu cür ucuz adamlarla və ucuz üsullarla yalnız ikrah hissi yarada bilərlər.

Bu “alim” həyatda yalnız sərsəmləmələri ilə qalacaq. Yaltaq onun özüdür.

Səməd Vəkilov


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol