Sosial şəbəkədə biz:

İlyas İsmayılovun son vəziyyəti: "Yaxşı nəsə demək mümkün deyil"

Ədalət Partiyasının sədri İlyas İsmayılın səhhəti pisləşib və o Mərkəzi Kliniki Xəstəxanadadır. 

İlyas İsmayılov ötən ilin dekabr ayından Mərkəzi Kliniki Xəstəxanada müalicə alır.

Modern.az-a açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib ki, İlyas İsmayılın səhhəti haqqında yaxşı nəsə demək mümkün deyil:

"Son bir həftədir ki, təssüf ki, İlyas müəllimin səhhəti haqqında yaxşı nəsə demək mümkün deyil. Səhhətində irəliləyiş yoxdur. Ancaq Allahdan ümid kəsilməz".

M.Rəhimli siyasi partiya sədrlərinin əksəriyyətinin İlyas İsmayılın səhhəti ilə maraqlandığını söyləyib:

"Siyasi partiya sədrlərinin əksəriyyəti İlyas müəllimin səhhəti ilə maraqlanır. Narahat olduqlarını bildirirlər. Ancaq son günlər İlyas müəllim telefonlara cavab verə bilmir. İlyas müəllimin səhhəti ilə maraqlanan, onun sağalması üçün nələrsə edən hər kəsə Ədalət Partiyası adından təşəkkür edirəm. Bunu xüsusi olaraq qeyd etmək istəməzdim. Ola bilsin ki, səhvə yol verim, kimlərinsə adlarını unudum, yaxud çəkməyim. Çünki bir müddət əvvəl İlyas müəllimin birbaşa özü ilə də əlaqə saxlayan partiya sədrləri olub".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol