Sosial şəbəkədə biz:

Aprel döyüşlərində yaralanan hərbçimiz vəfat etdi - Foto

10 July 2016, 15:54
Gündəm
Aprelin 2-də cəbhə xəttindəki döyüşlər zamanı ağır yaralanaraq komaya düşən tankçı Rahim Qara oğlu Tağıyev bu gün səhər saatlarında yerləşdirildiyi hərbi hospitalda dünyasını dəyişib.Qafqazinfo” xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə öz Feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən hərbi qulluqçu, tankçı Rahim Tağıyev ailəsinin istəyi ilə bu gün Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək. Qeyd edək ki, Ülkər, Nihat və Nicat adlı üç uşaq atası olan Rahim Tağıyev 18 il idi ki, Milli Orduda xidmət edirdi. Allah rəhmət eləsin!   Aprel döyüşlərində yaralanan hərbçimiz vəfat etdi -  Foto Aprel döyüşlərində yaralanan hərbçimiz vəfat etdi -  Foto