Sosial şəbəkədə biz:

PKK Türkiyədə daha 4 əsgəri şəhid etdi - Terror

10 July 2016, 16:33
Gündəm
Türkiyə ordusunun 4 əsgəri şəhid olub. "Hürriyet” qəzetinin verdiyi məlumata görə, bu gün günorta saatlarında Hakkarinin Şemdinli rayonunun Aktütün bölgəsində hərbi maşın karvanının keçişi zamanı PKK terrorçuları öncədən yola yerləşdirdikləri partlayıcı qurğunu işə salıb. İlkin məlumatlara görə, 4 əsgər şəhid olub, 1 əsgər yaralanıb. Terrorçuların yaxalanması üçün geniş miqyaslı əməliyyat başlayıb(apa).