Sosial şəbəkədə biz:

Azərbaycanda şagirdin barmaqları kəsildi - Video

Ucarda yeniyetmələr arasında insident baş verib.

Hadisə fevral ayının 4-də rayonun Rəstəcə kənd tam orta məktəbində qeydə alınıb.

Belə ki, 9-cu sinif şagirdləri arasında yaranan mübahisə nəticəsində birinin kəsici alətlə xəsarət alması ilə nəticələnib.

"Hadisə baş verəndə işdə idim. Dedilər, gəl, nəvəni qan aparır. Ondan sonra uşağı götürüb xəstəxanaya apardım. Həkim dedi ki, barmaqları kəsilib. Əməliyyat olundu, hazırda evdədir. Heç bir yerə şikayət etməmişik, ayıbdır", - xəsarət alan məktəblinin babası Əliniyaz Fərzəliyev bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, faktla bağlı Ucar Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Ətraflı süjetdə:

https://www.youtube.com/embed/5fgHl7mX_aY


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol