Sosial şəbəkədə biz:

Yeni agentlik fəaliyyətə başladı

07 February 2025, 13:22
Gündəm

Bu gündən etibarən Azərbaycanda yeni media quruluşu - “Teleqraf” İnformasiya Agentliyi fəaliyyətə başlayıb.

“Teleqraf” Media Qrupuna daxil olan agentlik “Gündəlik Teleqraf” qəzeti və Teleqraf.com saytının bazasında formalaşdırılıb.

Teleqraf.com 2012-ci ildən fəaliyyət göstərir, bundan sonra isə oxuculara informasiya agentliyi kimi xidmət edəcək.

Agentliyin baş direktoru İmdad Əlizadədir.