Sosial şəbəkədə biz:

“Gör, onların birinin cəsarəti çatırmı ki, Moskvaya...” 

08 February 2025, 09:34
Gündəm

Respublikanın Əməkdar artisti Ağalar Bayramov yazıçı Əlisa Nicatın “Səməd Vurğun yaltaq olub” ifadəsindən sonra tənqidlərə məruz qalması ilə bağlı fikirlərini açıqlayıb.

Əməkdar artist özünün sosial şəbəkə hesabında bunları yazıb:

”Qatır Məmməd ” filmində çar Rusiyası generalının dilindən: ” Mən bu müsəlmanı yaxşı tanıyıram, sözü at ortaya, çəkil dur kənarda , qırsınlar bir – birini”

… İndi baxıram, deputatı, yazıçısı, şairi sosial şəbəkələrdə növbəyə düzülüblər…

Putinin- Kremlin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, qoca bir kişinin – Əlisa Nicatın Səməd Vurğun haqqında dediyi sözün quyruğundan yapışıblar.

Gör, onların birinin cəsarəti çatırmı ki, Moskvaya olan nifrətini ortaya qoysun?!

Qoya bilməz, çünki, o tip ” ziyalı”lara ucuz, özünə sərfəli mövzu lazımdır…"