Sosial şəbəkədə biz:

"Hacıqabul Quşçuluq Şirkəti" niyə cərimələnib?

Yumurta istehsalçısı olan "Hacıqabul Quşçuluq Şirkəti" Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) gömrük qaydaları əleyhinə olan inzibati xəta üzrə cərimə olunub.

Qaynarinfo-nun məlumatına görə, xaricdən MMC-nin ünvanına göndərilmiş "qara meteallardan hazır məmulatlar” yükü gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına təqdim edilməyib. 

Şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə protokol rəli sürülərək, iş baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə "Hacıqabul Quşçuluq Şirkəti" barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunub. 

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol