“SOS !!!Təhlükəyə çevik reaksiya” - Polisin monitorinq tədbiri
08 Fevral 2025-ci ildə Bakı Şəhər Baş Polis İdarəsinin şöbə rəsisi polis polkovnik İbrahim İsmayılov və Bakı şəhər Baş Polis İdarəsinin inspektoru polis kapitanı Asim Babaxanovun iştirakı ilə Sabunçu RPİ bölmə rəisi polis mayoru Ata Atayev , 12-ci Polis Bölməsinin əməliyyat qrupu və Post Patrul xidmətinin əməkdaşları “Nur Uşaq Evində” monitorinq həyata keçirdi.
Tədbirin məqsədi “Nur Uşaq Evinin” təhlükəyə dair çağırışlarına operativ müdaxilənin qiymətləndirilməsi idi.
Monitorinq zamanı Post patrul xidməti 5 dəqiqə, 12-ci Şöbənin əməliyyat qrupu isə 16 dəqiqəyə çağırış yerinə gəldi.Polis əməkdaşları sığınacaqdakı uşaqlarla da görüş keçirdi və onların təhlükəsizliyi ilə bağlı vəziyyətində dəyərləndirdi.
Bu Monitorinq uşaqlarda təhlükəsizlik hissini gücləndirdi və qiraqdan buraya zərər vere biləcək hər kəsə dərs oldu.
“Nur Uşaq Evi” adından Bakı Şəhər Baş Polis İdarəsinə və Sabunçu Rayon Polis İdaresinə təşəkkür edirik, uşaq evləri və sığınacaqların təhlükəsizliyinə xüsusi diqqət ayıran cənab nazir ,general-polkovnik Vilayət Eyvazova dərin minnətdarlığımızı bildiririk.