Sosial şəbəkədə biz:

Azərbaycan bu ölkədən 1 milyard dollarlıq qızıl aldı

Azərbaycanın Avstraliyadan idxalı kəskin artıb.

Azinforum.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan ötən il Avstraliyadan 1 milyard 463,12 milyon dollarlıq məhsul idxal edib. Bu, 2023-cü illə müqayisədə 125 dəfə çoxdur. Azərbaycan 2023-cü ildə bu ölkədən 11 milyon 688,97 min dollarlıq məhsul idxal etmişdi.

Artıma səbəb qızıl idxalı olub. Ötən il Avstraliyadan təqribən 1 milyard dollar dəyərində qızıl idxal edilib.

Nəticədə Avstraliya Azərbaycanın idxalında beşinci yerə yüksəlib. Bu ölkənin Azərbaycanın ümumi idxalında payı isə 6.95 faiz olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol