Sosial şəbəkədə biz:

"Azərbaycan ərazisinin 80 faizi 8 ballıq seysmik..."

Azərbaycan ərazisinin 80 faizə qədəri 8 ballıq, 20 faizi isə 9 ballıq seysmik zonaya aid edilib.

Bu sözləri "Report"a müsahibəsində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.

O bildirib ki, Azərbaycan seysmik zonada yerləşir:

"Bu səbəbdən seysmik amillərin tikinti prosesində nəzərə alınması vacibdir. 1961-ci ilə qədər ölkədə inşa edilən tikililərdə zəlzələ faktoru nəzərə alınmırdı. Həmin ildən etibarən Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi 7 ballıq seysmik zonaya aid edilirdi. 1981-ci ildə seysmik rayonlarda yeni tikinti normaları və qaydası təsdiq olundu.

Həmin normalara görə, ölkə ərazisinin böyük hissəsi 7 ballıq, 20 faizə qədəri isə 8 ballıq seysmik zona elan olundu. 2010-cu ildə Azərbaycanda milli seysmik rayonlarda dövlət tikinti normaları hazırlanıb. 2010-cu ildən etibarən Azərbaycan ərazisinin 20 faizə qədəri 9 ballıq, qalanı isə 8 ballıq seysmik zonaya aid edilib".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol