Sosial şəbəkədə biz:

İzzət illərdir küsülü olduğu Qorxmaz Əlilicanzadədən danışdı

"Qorxmaz Əlilicanzadə ilə aramızda yaşanan hadisə 30 ilə söykənir. Bu məsələ yenidən Elgiz Əkbərin verilişində gündəmə gəldi. Elgiz Qorxmaz bəydən soruşdu ki, İzzət verilişə gəlsə... O da kübarcasına sakit durub, cavab vermədi".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "Özəl" verilişində deyib. Sənətçi Əməkdar artist Qorxmaz Əlilicanzadənin onun haqqında dediklərinə münasibət bildirib:

"Bundan sonra o başqa verilişdə haqqımda başqa sözlər dedi. Başqa verilişlərdə Qorxmaz Əlilicanzadədən rahat danışıram, çünki “7/17” müsabiqəsi bitəndən və 18 yaşımdan sonra o layihədən ayrıldım, gəldim Qorxmaz bəyin rəhbərlik etdiyi estrada teatrına. Orada da illərlə çalışmışam. Həmçinin ora bir neçə həmkarımı da işləməyə çağırmışam. Biz o teatrla Azərbaycanı qarış-qarış gəzib, konsertlər vermişik. Əslində televiziyaya "şou" sözünü Qorxmaz Əlilicanzadə gətirib".

Qeyd edək ki, Q.Əlilicanzadə illərdir İ.Bağırovla küsülüdür.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol