Sosial şəbəkədə biz:

Psixoloq “Trendyol”dan şikayətləndi: “Məhsullar cırıq-sökük, çatdırılma da həddindən artıq baha...”

“Əvvəllər “Trendyol”dan məhsul sifariş verirdim, amma iki aydır heç bir sifariş vermirəm. Çünki çatdırılma qiymətləri həddindən artıq artıb. “Airfryer” sifariş etmişdim, gördüm ki, Bakıda da endirimlə, təxminən, eyni qiymətə düşür. Halbuki “Trendyol”dan təkcə çatdırılma 24 manata başa gəldi”.

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış psixoloq Gülnar Orucova deyib.

“Eyni zamanda görmədiyim malı artıq almıram, çünki “Trendyol”dan məhsulların keyfiyyətsiz, cırıq-sökük gəlmə ehtimalı daha çox olur. Təkcə mən deyiləm, görürəm ki, son dönəmlər “Trendyol”dan məhsul alanlar da razı qalmırlar”, - psixoloq bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol