Sosial şəbəkədə biz:

Yanan binada azyaşlı uşaq itkin düşüb - FOTO

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində azyaşlı uşaq itkin düşüb. Modern.az saytı bildirir ki, bu barədə jurnalist Əzizə İsmayılova məlumat verib. Məlumatda bildirilir ki, hadisə baş verəndə uşaq evdə anası ilə olub. Yanğından sonra anası Günay Məhərrəmova yanıq xəsarətləri ilə Toksikologiya Mərkəzinə yerləşdirilib. Vəziyyəti ağırdır. Ananın bildirdiyinə görə, Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı onu xilas edərək xəstəxanaya aparıb, uşaqdan isə xəbər yoxdur. Taleyindən xəbər tutula bilməyən uşaq 2012-ci ilin sentyabrında anadan olub. Atası Elnur Məhərrəmov hazırda bütün xəstəxanaları gəzdiyini, amma xəbər ala bilmədiyini deyir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol