Sosial şəbəkədə biz:

Azərbaycanın Britaniyadakı keçmiş səfiri seksual təcavüzə görə həbs edildi - DETALLAR

Azərbaycanın Böyük Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov Çeşirdə reabilitasiya klinikasının üç qadın işçisinə qarşı cinsi zorakılıq edib.

Teleqraf xəbər verir ki, bu barədə “Northwhitch Guardian” nəşri məlumat yayıb.

Qeyd olunub ki, sözügedən hadisə 2023-cü il 5 dekabr tarixində baş verib.

Belə ki, sabiq səfir yuxu dərmanları asılılığından müalicə olunmaq üçün klinikaya yollanıb. O, klinikanın üç qadın əməkdaşına qarşı seksual xarakterli hərəkətlər edib. Keçmiş diplomat qadınlardan birinin döşünə, digərinin qasığına toxunub, sonra isə hər üç qadının əllərini dəfələrlə öpüb. R, İbrahimovun qadınların gözəl olduğunu və onları sevdiyini deməsi də məlum olub.

Məsələ ilə bağlı fevralın 7-də məhkəmə iclası keçirilib və Rafael İbrahimov məhkəmənin qərarı ilə 16 ay müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş səfirin cəzası 2 il sınaq müddəti olmaqla, şərti hesab olunub.

Xatırladaq ki, Rafael İbrahimov 2001-ci ildən 2013-cü ilə qədər Azərbaycanın Böyük Britaniyadakı, Norveçdəki, İrlandiyadakı, İsveç və Finlandiyadakı səfiri olub.

O, 2014-cü ildən etibarən Londonda yaşayır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol