Sosial şəbəkədə biz:

Restoranın həyətində xeyli ağac kəsilib

Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilir.

DİN-dən verilən məlumata görə, paytaxtın Xətai rayonu ərazisində keçirilən növbəti tədbir zamanı bir iaşə obyektində ətraf mühitə atılan zərərli maddələrin normativdən artıq olması və atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması aşkar olunub. Həmin obyektin icarədarı barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Balakən rayonunda keçirilən tədbir zamanı isə restoranlardan birinin həyətində obyekt sahibi tərəfindən 19 ədəd müxtəlif növ ağacın kəsilməsi faktı aşkarlanıb. Təhqiqat araşdırmaları aparılır.

Həmçinin, yerin təkindən qanunsuz istifadə edən 1, məişət tullantılarını urnalardan kənara atan 3 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol