Sosial şəbəkədə biz:

Zaur Hüseynovun dövrü yoxlanıldı: 4 milyonluq pozuntu, 2 milyonluq vergi borcu...

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) külli miqdarda vergi borcu var. QSC-nin sədri Vüsal Aslanov Yusif oğlunun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1721212.03 manat vergi borcu yaranıb.

Dövlət Vergi Xidməti tərəfindən sözügedən qurumda aparılan səyyar vergi yoxlamaları zamanı "Bakı Metropoliteni" QSC barəsində 3985391.5 manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, 20.12.2024-cü il tarixində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov vəzifəsindən azad edilib, yerinə  Vüsal Yusif oğlu Aslanov təyin olunub. Yoxlamalar Zaur Hüseynovun vəzifədə olduğu dövrü əhatə edib. Qaynarinfo


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol