Sosial şəbəkədə biz:

Xaçmazda içməli su problemindən sakinlər narazıdır - Video

16 February 2025, 00:16
Gündəm

Anbardan əhaliyə verilən su boruları vaxtında təmizlənmir… Digər tərəfdən, su fasilələrlə verildiyindən problem yaranır...
Bu barədə Xaçmazın Xudat şəhərinin sakinləri “Xəzər TV”yə bildirib.
Sakinlər iddia edirlər ki, Şollar suyunun əsas mənbəyi bu bölgədən keçsə də, şəhərin bir çox küçəsində yaşayan insanlar təmiz sudan istifadə edə bilmirlər. Xüsusilə Səttərxan, Babək, Şıxlinski, Axundov və digər küçələrdə içməli su təminatı ya yoxdur, ya da fasilələrlə verilir.
Sakinlər həmçinin qeyd edirlər ki, məcbur qalıb suyu ya pulla alır, ya da uzaq məsafələrdən daşıyırlar. Bu, həm maddi çətinlik yaradır, həm də gündəlik həyatı çətinləşdirir. Dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem hələ də həll edilməyib.
Məsələyə aidiyyəti qurumdan da münasibət bildirilib və layihənin icrası üçün vəsait ayrıldıqdan sonra bu istiqamətdə işlərin görüləcəyi qeyd edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

https://www.youtube.com/embed/HDDVyr-aXtY