Sosial şəbəkədə biz:

"Abxaziyadakı qondarma seçkiləri tanımırıq" -Rəsmi Bakı

"Azərbaycan Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma prezident seçkilərini tanımır”.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Azərbaycan Respublikası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 15 fevral 2025-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkisi”ni, həmçinin onun nəticələrini tanımır.

Azərbaycan Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır”, – sənəddə qeyd olunub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol