"Kapitalbank"dan oğurluq niyə artıb? - Bəs bankın təhlükəsizlik sisteminə kim cavabdehdir?
Tanınmış jurnalist İntiqam Valehoğluson aylar Kapitalbank" kartlarından və ona bağlı "Birbank" proqramlarındakı təhlükəsizlik boşluqlarına gəörə baş verən pul oğurluq halları ilə bağlı əhaliyə çağırş edib.
Jurnalist kartından 50 manat pulun oğurlandığını bildirib. Əlavə edib ki, kart hesabında qalan digər vəsaiti isə nağdlaşdıra bilməyib.
Onun bu barədə izahatı ilə aşağıdakı videodan tanış ola bilərsiniz.
"Kapitalbank"da tez-tez baş verən belə oğurluq hallları bu banka inamı böyük ölçüdə itirib. Artıq sıravi insanlarla yanaşı, nüfuzlu şəxslər də bu bankdan imtina etməyə başlayıblar.
Hətta az əvvəl hüquqşünas Əkrəm Həsənov da bu bankdan imtinaya çağırış edib. O bildirib ki, məhkəmələr belə, bu bank vasitəsiylə ödənilən rüsumları qəbul etmir...
Mia.az kiçik araşdırma ilə müəyyən edib ki, bu bankın təhlükəsizlik departamentinə azərbaycanlı deyil, əcnəbi, daha doğrusu, xarici ölkə vətəndaşı rəhbərlik edir. Sual olunur, niyə?
Bu məsələ ilə bağlı "Kapitalbank"a sorğu ünvanlamışıq.
Yeri gəlmişkən, Fərid Hüseynovun İdarə Heyətinin sədri olduğu bankın 15 nəfərlik İH üzvləri arasında daha 4 Fərid adlı gənc təmsil olunub...
Mia.az




