Sosial şəbəkədə biz:

Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb

Ötən ay Azərbaycana xarici ölkələrdən 1 445 ton kərə yağı idxal olunub.
İdxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 6,96 dollar (11,8 manat) olub.
Qeyd edək ki, ötən ilin eyni dövründə 1 022 ton kərə yağı idxal edilib və 1 kiloqramının orta gömrük dəyəri 5,3 dollar (9 manat) olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, idxal olunan kərə yağının gömrük dəyəri ötən bir il ərzində 31% və ya 2,8 manat artıb.
Onu da bildirək ki, ötən ilin yanvar ayında idxal olunan kərə yağlarının 1 kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 19,5 manat olduğu halda, ilin sonunda – dekabr ayında 22,4 manata yüksəlib. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol