Sosial şəbəkədə biz:

Azərbaycanda məşhur şirkətlər qrupunun 16 mln. manat vergi borcu yaranıb

Azərbaycanda “zapravka”ları bağlanan məşhur şirkətlər qrupunun fantastik məbləğdə vergi borcu yaranıb.

Azərbaycanda inşaat, istehsalat və yanacaqdoldurma sektorlarını özündə birləşdirən “MSDIS Holding” MMC-nin külli miqdarda vergi borcu yaranıb.

İqtisadiyyat.az-ın  məlumatına görə, şirkətin hazırda dövlət qarşısında vergi borcunun miqdarı 15 924 107,16 manat təşkil edir.

Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Xatırladaq ki, “MSDIS Holding” 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Nağiyev Mirfəyyaz Oktay Oğludur. Ötən il cəmiyyətin nizamnamə kapitalının həcmi 2 572 000 manatdan 500 manata endirilib.

Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə fəaliyyət göstərir. Holding “MS Sement” sement istehsal müəssisəsinə, “MS Kabel” kabel istehsalı müəssisəsinə, “MS Asfalt” asfalt istehsalı müəssisəsinə, daş və qum-çınqıl yatağı ilə məşğul olan “MS Karyer” müəssisəsinə, “MS Laminat”şirkətinə və “MS Oil” yanacaq doldurma məntəqələrinə sahibdir.

Ötən il “MS Oil”ə məxsus 12 yanacaqdoldurma məntəqəsinin (YDM) tam yarısı bağlanıb və onların yerində “SOCAR” brendli YDM-lər fəaliyyətə başlayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol