Sosial şəbəkədə biz:

"Lipa" nömrələri alan və istifadə edənləri hansı cərimələr gözləyir? – AÇIQLAMA

Sürücülər arasında "lipa" adlandırılan bu nömrələr daha çox fərdi adlar, soyadlar, ləqəblər və ya digər ölkələrə məxsus qeydiyyat nişanları formasında hazırlanır.

Bu nömrələri satan şəxslərlə əlaqə yaradılıb. Bildirildi ki, satış yalnız onlayn şəkildə mümkündür. Qiymətləri isə 15 manatdan 35 manata qədər dəyişir. Çatdırılma müddəti 2 gün ərzində həyata keçirilir. Nömrələrin materialı isə plastik və ya metal ola bilər.

Bu nömrələrin istifadə dairəsi əsasən avtoxuliqanlıq edən və ya qanun pozuntusuna yol verən sürücülər arasında geniş yayılıb. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, belə nömrələrdən istifadə edən şəxslər qanunvericiliyə əsasən məsuliyyətə cəlb edilir.

Belə nömrələrin istifadəsi təhlükəsizliyə ciddi təhdid yaradır və yol hərəkəti qaydalarının pozulması deməkdir.

Qanunsuz nömrələrdən istifadə edən şəxslər hüquqi məsuliyyətdən yayınmaq üçün bu üsula əl atsalar da, Dövlət Yol Polisi belə halların qarşısını almaq üçün müvafiq tədbirləri gücləndirir.

Daha ətraflı videomaterialı təqdim edirik. 

https://www.youtube.com/watch?v=4733Tzy1_J0


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol