Sosial şəbəkədə biz:

Tramp: 51-ci ştat olanda Kanadaya bu icazəni verəcəyəm

Kanada ABŞ-ın 51-ci ştatı olarsa, ona öz milli himni olan “O, Kanada”nı saxlamağa icazə verəcəyəm.

Bunu ABŞ prezidenti Donald Tramp zarafatla deyib.

"O, Kanada" xoşuma gəlir. Bu gözəl bir şeydir. Düşünürəm ki, bunu 51-ci ştat üçün saxlamalı olacağıq".

Tramp vəzifəyə başlayandan bəri dəfələrlə Kanadanı ABŞ-a ilhaq etmək və onu 51-ci ştat etmək istəyini bəyan edib. O belə bir ittifaqın Kanadaya iqtisadi sabitlik gətirəcəyinə və onu xarici təhdidlərdən qoruyacağına inanır.

Prezidentin sözlərinə görə, bu təhdid Rusiya və Çindən və başqalarından gəlir.

Kanadanın baş naziri Castin Trüdo isə ölkəsinin heç vaxt ABŞ-a qoşulmayacağını bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol