Sosial şəbəkədə biz:

Rusiya qalib gəldiyini elan etməyə hazırlaşır

Rusiya fevralın 24-nə, tammiqyaslı müharibənin başlanmasının üçüncü ildönümünə qədər Ukraynaya qarşı müharibədə “qələbə” elan etməyə hazırlaşır. Üstəlik, bu planlara “Rusiyanın NATO üzərində qələbəsi” də daxil ola bilər, çünki Rusiya təbliğatı Ukraynanın işğalını alyansla müharibə kimi təqdim edir.

Ukrayna kəşfiyyatının yaydığı məlumatda belə iddia irəli sürülür. Məlumatda bildirilir ki, Rusiya kəşfiyyat xidmətlərinə Moskvanı mümkün qədər “münaqişənin konstruktiv tərəfi” kimi təqdim etmək tapşırılıb. Guya ABŞ-nin yeni administrasiyası ilə təmaslardan, xüsusən də Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətlərinin ikitərəfli görüşündən sonra Moskva sülh yolu ilə həllə hazırdır.

“Rusiya təbliğatçılarına işğalın ildönümündə “qələbə” gündəliyini təbliğ etmək tapşırılıb”, - açıqlamada deyilir.

Ukrayna Baş Kəşfiyyat İdarəsinin (BKİ) iddiasına görə, Rusiyanın informasiya kampaniyası Ukrayna cəmiyyətində ümidsizlik yaratmaq; Ukrayna daxilində vəziyyətin sabitliyinin pozulması; məqsədlərini güdür.

Kritik hərbi yardım göstərən tərəfdaş dövlətlər arasında Ukraynanı nüfuzdan salmaq.
Bundan başqa, Rusiyanın əsas ideologemləri arasında
“Qərb Ukraynaya xəyanət etdi”;
“Avropalıların və ukraynalılalrın fikirləri nə Moskvanı, nə də Vaşinqtonu maraqlandırır”;
“ABŞ və Rusiya Ukraynanın arxasında hər şeydə razılığa gəliblər”;
“Ukrayna hökuməti qeyri-legitimdir”; “Ukrayna ordusu cəbhədə uduzur”;
“Ukraynadakı korrupsioner məmurlar Amerika yardımından milyardlarla dollar oğurlayırlar”

kimi təbliğat şüarları yer alıb.

Ukrayna kəşfiyyatı iddia edir ki, bu kampaniya çərçivəsində Rusiyanın xüsusi xidmət orqanları Ukraynanın Avropa İttifaqındakı (Aİ) tərəfdaşlarına qarşı informasiya hücumu həyata keçirir və onları “sülhün düşməni” adlandırır.

AzVision.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol