Sosial şəbəkədə biz:

Bu ailələr uşaqpulu ala bilər! - VİDEO

Azərbaycanda doğum səviyyəsi son illərdə kəskin azalıb. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin məlumatına görə, 2024-cü ildə ölkədə cəmi 102 min 310 doğulan körpə qeydə alınıb.

Halbuki, 2019-cu ildə bu göstərici 141 min 179 nəfər olub. Yəni, son 5 il ərzində doğum sayı 38 min 869 nəfər azalıb. Statistikaya nəzər saldıqd azalma tendensiyasının ardıcıl davam etdiyini görmək mümkündür. 2020-ci ildə 126 min 571, 2021-ci ildə 112 min 284, 2022-ci ildə 122 min 846, 2023-cü ildə isə 112 min 620 körpə dünyaya gəlib. Mütəxəssislər hesab edirlər ki, bu azalma Azərbaycanda demoqrafik problemlərin yaranmasına səbəb ola bilər.
Məsələ ilə bağlı Sitat.info-nun qonağı olan Natiq Cəfərli canlı yayında bu barədə ətraflı danışıb. Bildrilib ki, keçən il Azərbaycanda doğulan uşaqların sayı son illərdə ən aşağı gösərici olub.

Həmin videoparçanı təqdim edirik:

https://www.youtube.com/embed/Kg8GM1g_CtQ


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol