Sosial şəbəkədə biz:

Şolts seçkidə məğlubiyyətini etiraf edib

Almaniyanın hazırkı kansleri Olaf Şolts seçkidə məğlubiyyətini etiraf edib və rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb.

O nəticələri hazırkı hakim partiya üçün faciə kimi dəyərləndirib.

Belə ki, Sosial Demokrat Paritiyası seçkidə son 135 ilin ən aşağı nəticəsini göstərərək cəmi 16 faiz səs qazana bilib.

"Yaşıllar" istisna olmaqla, digər partiyalar da qalib siyasi qüvvəni təbrik ediblər.

"Yaşıllar"ın lideri Fransiska Bratner F. Mertzi tənqid edərək "Bizə bölücü kansler lazım deyil. Bu cür gərgin geosiyasi vəziyyətdə bizim birləşdirici kanslerə ehtiyacımız var", - deyə bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol