Fransa: “Qarabağ Azərbaycandır”
Qarabağ Azərbaycanın ərazisidir, bunu həm beynəlxalq ictimaiyyət, həm də Ermənistanın özü tanıyır.
Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi İctimai radioya verdiyi müsahibəsi belə deyib.
“Əgər siz “Dağlıq Qarabağ” hökumətinin tanınması məsələsindən danışırsınızsa, bu, nə beynəlxalq ictimaiyyət tərəfindən, nə də Ermənistan tərəfindən heç vaxt tanınmayıb. Üstəlik, Ermənistan Alma-Ata Bəyannaməsində Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıb, çünki o, Sovet Azərbaycanının bir bölgəsi, ərazisi idi”, - Fransa səfiri vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın “Dağlıq Qarabağı” Azərbaycanın bir hissəsi kimi 2022-ci ildə Praqada tanıdığını iddia edənlərin yalan danışdığına diqqət çəkib. Belə ki, Ermənistan bunu hələ 1991-ci ilin dekabrında imzalanmış Almatı bəyannaməsində tanıyıb, Praqa isə yalnız bu bəyannaməyə istinad edir.